Ramil Şeydayevdən baş məşqçisinə təşəkkür: "Mənə güvəndiyi üçün xoşbəxt oldum"

Sportarena.az      10 İyul 2018, 14:22

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev yenidən Türkiyənin “Trabzonspor” klubunun düşərgəsinə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, futbolçumuz hazırda Sloveniyada təlim-məşq toplanışında olan Trabzon təmsilçisinin heyətinə yeni mövsümə hazırlaşır. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, Super Liqa təmsilçisində qalacaq. Əks halda isə başqa bir kluba keçidi istisna edilmir.

 

Bu arada, Şeydayev “Trabzonspor”un baş məşqçisi Ünal Karamana təşəkkür edib. 22 yaşlı hücumçu türkiyəli mütəxəssisə ona komandasının təlim-məşq toplanışında iştirak etməyə imkan yaratdığına görə minnətdarlığını çatdrıb: “Mənə güvəndiyi üçün xoşbəxt oldum. Əlimdən gələni edəcəm”.

 

Xatlrladaq ki, Karamandan başqa klubla danışıqlar aparmağa getmək üçün bir həfətlik icazə alan Şeydayev, bu səfəri müsbət nəticələnməyəndən sonra “Trabzonspor”un Sloveniyadakı hazırlıq prosesinə qatılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin