İliya Stolitsa: "Qarabağ" yüksək səviyyədə təşkilatlanmış komandadı"

16:02 10 İyul 2018

“Qarabağ” sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” (Sloveniya) ilə ilk oyununa çıxacaq.

 

Sportarena.az xəbər verir ki, matçdan əvvəl “Olimpiya”nın baş məşqçisi İliya Stolitsanın mətbuat konfransı keçirilib. Serbiyalı mütəxəssis “Qarabağ”la qarşılaşmanın çox çətin olacağını deyib:

 

“Rəqibimizi öyrənmək üçün kifayət qədər vaxtımız oldu. “Qarabağ”ın heyətində dəyişikliklər olduğundan xəbərimiz var. Azərbaycan təmsilçisi yüksək səviyyədə təşkilatlanmış komandadı. Bu komandanın Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi də təsadüf deyil. Bizi “Qarabağ”la çox çətin oyun gözləyir”.

 

Lyublyananın “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.


Xəbər xətti