"Qalatasaray" yeni transferinə qovuşdu

Sportarena.az      13 İyul 2018, 12:15

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu bir neçə gün öncə danışıqlara başladığını açıqladığı Henri Onyekurunu rəsmən heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu İngiltərənin “Everton” klubundan icarəyə götürülüb. Onunla 1 illik icarə müqaviləsi imzalanıb.

 

“Qalatasaray” Onyekurunun 1 illik icarəsinə görə Premyer Liqa təmsilçisinə 800 min avro ödəniləcəyini açıqlayıb. 21 yaşlı futbolçu özü isə qarşıdakı mövsümdə İstanbul təmsilçisində 1 milyon 200 min avro gəlir əldə edəcək. Komandasının uğurlu çıxışı müqabilində onun əlavə bonuslar qazanmaq şansı da var.

 

Gənc hücumçu artıq Türkiyə klubunun düşərgəsinə qoşulub və məşqlərə başlayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin