"Araz"dan 2 transfer

16:29 13 İyul 2018

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Joze Alesionun istəyi ilə ölkə çempionu iki futzalçı ilə anlaşıb. Bunlar braziliyalı Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo da Silvadır. 28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə sol cinah hücumameyllidir.

 

Hər iki oyunçunun son klubu “Marreko” olub. Onların iyulun sonunda “Araz”a qoşulmaları gözlənilir.


Digər xəbərlər

Xəbər xətti