"Fənərbaxça" Hollandiyadan futbolçu transfer etdi

Sportarena.az      15 İyul 2018, 11:49

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi Hollandiyanın “NEK Neymegen” klubunun gənc futbolçusu Ferdi Kadıoğlunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin müqavilənin müddəti barədə açıqlama verilməyib.

 

1999-cu il təvəllüdlü yarımmüdafiəçi məhz “NEK Neymegen” klubunun yetirməsidi. İkili vətəndaşlığa (Türkiyə, Hollandiya) malik Kadıoğlu peşəkar karyerasına 2016-cı ildən başlayıb.

 

Xatırladaq ki, “Fənərbaxça” bir neçə gün öncə “Altınordu”dan Berke Özer və Barış Alıcını da heyətinə qatmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin