ÇL: 1-ci mərhələdə cavab oyunları başladı - YENİLƏNİB

00:58 18 İyul 2018

Futbol üzrə Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutub. Bu oyunlardan sonra ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan ilk 10 kollektivin adına aydınlıq gəlib.

 

Mərhələnin daha 6 oyunu sabah keçiriləcək. Azərbaycan çempionu “Qarabağ”ın da Sloveniyanın “Olimpiya” klubu ilə cavab görüşü sabah baş tutacaq.

 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

17 iyul

HJK (Finlandiya) - Vikinqur (Farer adaları) 3:1 (ilk oyun 2:1)

Valletta (Malta) - Kukesi (Albaniya) 1:1 (0:0)

APOEL (Kipr) - Suduva (Litva) 1:0 (1:3)

Hapoel (Beer-Şeva, İsrail) - Flora (Estoniya) 3:1 (4:1)

Malmö (İsveç) - Drita (Kosovo) 2:0 (3:0)

TNS (Uels) - Şkendiya (Makedoniya) 4:0 (0:5)

Videoton (Macarıstan) - Düdelanj (Lüksemburq) 2:1 (1:1)

Srvena Zvezda (Serbiya) - Spartak (Latviya) 2:0 (0:0)

Kruzeyders (Şimali İrlandiya) - Ludoqorets (Bolqarıstan) 0:2 (0:7)

Legiya (Polşa) - Kork Siti (İrlandiya) 3:0 (1:0)


Digər xəbərlər

Xəbər xətti