Ramil Şeydayev "Trabzonspor"a qələbə qazandırdı

Sportarena.az      18 İyul 2018, 10:27

Türkiyənin “Trabzonspor” klubu yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Lokomotiva” klubu ilə qarşılaşıb. Oyun Super Liqa təmislçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ramil də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 67-ci dəqiqəsində meydana buraxılıb. Yeganə qolu da 75-ci dəqiqədə məhz Şeydayev vurub. O, rəqib müdafiəçinin geriyə ötürməsi zamanı qapıçının səhvindən maksimum yararlanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin