Aleksis Sançes ABŞ-a buraxılmadı

Sportarena.az      18 İyul 2018, 14:20

“Mançester Yunayted”in çilili futbolçusu Aleksis Sançes komandanın ABŞ-dakı təlim-məşq toplanışına aparılmayıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb hücumçuya ABŞ tərəfindən viza verilməməsi olub. 29 yaşlı futbolçunun İspaniyada vergidən yayınması ilə bağlı aldığı 16 aylıq həbs cəzasına görə, viza üçün etdiyi müraciət qəbul edilməyib. Yeri gəlmişkən, çilili futbolçunun həbs cəzası pul cəzası ilə əvəz olunub.

 

Sançes məşqlərini İngiltərədə davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin