“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

15:33 18 İyul 2018

“Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Olimpiya” ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, saat 15:00-a kimi sözügedən matça 12 mindən çox bilet satılıb. Kassalarda bilet satışı davam edir. Oyunun başlama saatına kimi daha bir neçə min biletin alıcısını tapacağı gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” görüşü saat 21.00-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Sloveniyada keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti