Abdullah Zubir: "Qarabağ" istənilən oyuna qələbə üçün çıxır"

Sportarena.az      19 İyul 2018, 02:24

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniya "Olimpiya"sı ilə 0:0 hesabı ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, cinah yarımmüdafiəçi öncə matç fikirlərini bildirib.

 

- Çətin komandaya qarşı oynadıq. Ağır oyun oldu. Bilirdik ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün qol buraxmamalıyıq. Birinci hissədə topa nəzarət bizdə oldu. Bizim üçün çox çətin idi, çünki rəqib topu əldə edən kimi birbaşa qapımıza doğru irəliləyirdi. Əsas odur ki, istəyimizə çatdıq. Qol buraxmadıq və növbəti mərhələyə yüksəldik.

 

- Bakıda ilk oyununuza çıxdınız. Azarkeşlər sizə necə təsir bağışladı? 

- Çox məmnun qaldım. Bakıda ilk oyunum məndə xoş təəsüratlar oyatdı. Stadiondakı ab-hava və azarkeşlər yaxşı idi. Fanatlar bizi dəstəkləyirdilər və irəli səsləyirdilər. Həm nəticə, həm də ab-hava mənim xoşuma gəldi. 

 

- Futbola futzaldan gəlmisiniz. Ona görə həlledici məqamlarda qapıya zərbə vurmaq əvəzinə rəqibi keçmək istəyirdiniz? 

- Həqiqətən futbola futzaldan gəlmişəm. Həmişə zərbə vurmaq üçün əlverişli məqam olmur. Qarşımda boşluq olmalıdı ki, zərbə vuram. Ən yaxşısını eləməyə çalışıram. 

 

- "Qarabağ" növbəti turda Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq. Bu rəqibi keçəcəyinizə inanırsınızmı? 

- Bayaq bunu demək istəyirdim ki, "Qarabağ"da oynadığıma görə çox xoşbəxtəm. Bu komanda istənilən oyuna qələbə üçün çıxır. Bizə nəticə lazımdı. Meydana qələbə üçün çıxacağıq.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin