Almeydadan uğurlu debüt

Sportarena.az      19 İyul 2018, 10:31

Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsini uğurla adlayıb.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu, Azərbaycan yığmasının yarımmüdafiəçisi, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu bu klub Çernoqoriya təmsilçisi “Sutyeska” ilə cavab görüşündən də qalib ayrılıb. Doğma meydanda 1:0 hesabıyla qalib gələn astanalılar səfərdə daha inamlı qələbəyə seviniblər – 2:0. Nəticədə, bu komanda adını 2-ci təsnifat mərhələsinə yazdırıb.

 

Almeyda da bu görüşün iştirakçısı olub. Qriqorçuk millimizin braziliyalı futbolçusunu 81-ci dəqiqədə meydana buraxıb. Bununla da Riçard Qazaxıstan klubunda debüt edib.

 

Qeyd edək ki, “Astana” növbəti mərhələdə Danimarkanın “Mitdyulland” komandası ilə mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin