"Liverpul" "Roma" ilə razılığı gəldi - Rekord transferdə

12:25 19 İyul 2018

İngiltərənin “Liverpul” klubu tezliklə heyətini yeni oyunçu ilə gücləndirə bilər.

 

Sportarena.az xəbər verir ki, Mersisayd təmsilçisi “Roma”nın braziliyalı qapıçısı Alisson Bekkerin transferində razılığa gəlib. “Liverpul”un bu transfer üçün “canavarlar”a 75 milyon avro ödəyəcəyi gözlənilir. Bu barədə İngiltərənin “The Guardian” nəşri məlumat yayıb.

 

Qeyd edək ki, bu keçid rəsmiləşəcəyi halda Alisson dünyanın ən bahalı qapıçısı olacaq. Hazırda rekord 52 milyon avro ilə Canluici Buffona məxsusdu. Hazırda PSJ-nin formasını geyinən italiyalı qapıçı 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer edilmişdi.

 

Əlavə edək ki, 25 yaşlı qolkiperi “Liverpul”la yanaşı, “Çelsi” və "Real" da transfer etmək istəyirdi.


Digər xəbərlər

Xəbər xətti