"Qarabağ" - "Kukesi" cütünün potensial rəqibləri məlum oldu

Sportarena.az      19 İyul 2018, 15:11

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya”nı (Sloveniya) məğlub edərək, növbəti mərhələyə vəsiqə qazandı. Azərbaycan çempionunu ÇL-in 2-ci təsnifat mərhələsində “Kukesi”ylə (Albaniya) mübarizə gözləyir.

 

Sportarena.az xəbər verir ki, “Kukesi” səddini keçəcəyi halda, “köhlən atlar”ın 3-cü mərhələdəki potensial rəqibləri də məlumdur. ÇL-in 3-cü mərhələsinin püşkü iyulun 23-də atılacaq. Artıq püşkatmada iştirak edəcək 22 komandanın adı məlumdur. Püşk nəticəsində “Qarabağ” - “Kukesi” cütünün də qalibi rəqibini tanıyacaq. Bu cüt səpələnmişlər səbətində yer alacaq.

 

“Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 24-25-də, cavab görüşü iyulun 31-də və ya avqustun 1-də olacaq.

 

Çempionlar Liqası, 3-c2 təsnifat mərhələsi

Səpələnmişlər

Legiya (Polşa) - Spartak (Slovakiya) cütünün qalibi
Zalsburq (Avstriya)
Ludoqorets (Bolqarıstan) - Videoton (Macarıstan) cütünün qalibi
Seltik (Şotlandiya) - Rusenborq (Norveç) cütünün qalibi
Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) cütünün qalibi
Astana (Qazaxıstan) - Midtulland (Danimarka) cütünün qalibi

 

Səpələnməmişlər

Malmö (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi
BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi
Srvena Zvezda (Serbiya) - Suduva (Litva) cütünün qalibi
Dinamo (Xorvatiya) - Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi
Şerif (Moldova) - Şkendiya (Makedoniya) cütünün qalibi
AEK (Yunanıstan)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin