"Sabah"ın təsisçisi kimdir?

16:58 20 İyul 2018

2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” futbol klubunun “Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcəyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, 2017-ci ildə yaradılan “Sabah”ın təsisçisi “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynovdu. Bundan başqa o, “Bridge Plaza” biznes mərkəzinin, o cümlədən “Global İnteriors Group” şirkətinin təsisçisidi.

Yaqub Hüseynovun qızı Fidan Hüseynova atasından daha məşhurdu. Hazırda 12 yaşı olan Fidanın adı 2016-cı ildə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi Azərbaycan istedadlarının “Qızıl kitabı”na daxil edilib.

Fidan 4 il əvvəl də fransız müğənni Lara Fabianın Bakı konsertində çıxış edib. Gənc istedad ulduz müğənni ilə birgə “Je t’aime” mahnısını oxuyub. Ardınca müğənninin İstanbuldakı konsertində səhnə alıb. Bundan başqa Yaqub Hüseynovun qızının ifa etdiyi “Tell me Why” adlı mahnıya klip də çəkilib.


Digər xəbərlər

Xəbər xətti