Ramil Şeydayev oynadı, "Trabzonspor" uduzdu

Sportarena.az      21 İyul 2018, 01:11

Türkiyənin “Trabzonspor” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Ramil də bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.

 

Xatırladaq ki, Şeydayev komandasının bundan əvvəlki yoxlama görüşündə Xorvatiyanın “Lokomotiva” (Zaqreb) klubuna qol vurmuşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin