"Qarabağ"ın oyunu yayımlanmayacaq - 10 min avroya görə

Sportarena.az      25 İyul 2018, 13:42

“Qarabağ”ın Çempionlar Liqasında “Kukesi” ilə Albaniyadakı bugünkü oyunu yayımlanmayacaq.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu ana olan məlumata əsasən, Albaniya tərəfi matçın yayımı üçün Azərbaycan kanallarından 10 min avroya qədər pul tələb edib. Amma kanallardan heç biri bu qədər pulu ödəmək gücündə olmadığını açıqlayıb.

 

Digər məlumata görə, “Qarabağ” klubunun özü də yayım üçün pul ödəmək niyyətində deyil. Klub hesab edir ki, komandanın oyununa və yüzminlərlə azarkeşin marağını nəzərə alaraq yerli kanallar özü matçın yayımı üçün pul ödəməlidir.

 

Bundan başqa, texniki səbəblərə görə matçın klubun Youtube kanalı vasitəsi ilə yayımlanmaq ehtimalı da azdır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin