Maksim Medvedev 70-ə çatdı

13:19 27 İyul 2018

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev üçün Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Kukesi" klubu ilə səfər oyunu yubileylə yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, o, avrokuboklarda 70-ci qarşılaşmasına çıxıb. Təcrübəli futbolçu indiyə qədər 23 Çempionlar Liqası, 47 Avropa Liqası matçına çıxıb. Müdafiəçi bütün bu görüşləri “Qarabağ”ın heyətində keçirib.

 

Medvedev Azərbaycanda eyni klubla ən çox avrokubok matçı keçirən oyunçu ünvanına da sahibdi.


Xəbər xətti