"Kukesi"dən yeni transfer - "Qarabağ"la oyun üçün sifariş olundu

16:43 28 İyul 2018

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Kukesi” yeni transferi Reginaldo ilə müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, “Laçi”dən transfer edilən 28 yaşlı hücumçu ilə 1 illik sözləşmə imzalanıb. Mozambik millisinin üzvü “Qarabağ”la oyun üçün iştirak ərizəsinə daxiil edilib.

 

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Qarabağ” – “Kukesi” matçı 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti