"Mançester Siti"də ciddi itki

15:14 29 İyul 2018

"Mançester Siti"nin yeni transferi Riyad Mahrez zədələnib.

 

Sportarena.az xəbər verirk i, əlcəzairli yarımmüdafiəçi Beynəlxalq Çempionlar Kubokunun “Bavariya” ilə oyununda (3:2) rəqiblə ikili mübarizədə xəsarət alıb. Topuğundan zədələnən futbolçu 28-ci dəqiqədə meydanı tərk etməli olub. 27 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil.

 

Qeyd edək ki, “Mançester Siti” Mahrezi “Lester”dən 60 milyon funta transfer edib.


Digər xəbərlər

Xəbər xətti