Qurban Qurbanovun mətbuat konfrasının vaxtı açıqlandı

15:55 30 İyul 2018

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - “Kukesi” (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iyulun 31-də saat 18:15-də "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının önünə çıxacaq. “Köhlən atlar”ın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Kukesi"nin baş məşqçisi Armando Kunqu saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Albaniyada keçirilən ilk oyunda hesab açılmayıb.


Digər xəbərlər

Xəbər xətti