“Qarabağ” - BATE matçının hakimləri açıqlandı

14:10 4 Avqust 2018

"Qarabağ"ın Çempionlar Liqasında BATE (Belarus) ilə keçirəcəyi 3-cü təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Andreas Ekberqə Mehmet Kulum və Stefan Hallberq yan xətt, Kristofer Karlsson ehtiyat hakim kimi kömək edəcək.

 

Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

“Qarabağ” - BATE matçı avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti