"Qəbələ" Birinci Diviziondan niyə imtina edib? - AÇIQLAMA

Sportarena.az      4 Avqust 2018, 15:37

 "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası Azərbaycan Birinci Divizionunda iştirakdan imtina etdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, klubun vitse-prezidenti Fariz Nəcəfov verdikləri qərarın səbəbləri barədə danışıb. "Report"a açıqlama verən Nəcəforv imtina qərarının bir neçə səbəblə əlaqədar olduğunu bildirib:

 

"İlk növbədə, əvəzedici komandamızın divizionda iştirakı lüzumsuzdur. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının Divizionla birləşdirilməsinə qərar verdi. Bizim vəziyyətimizdə 2-3 dəfə çox. Çünki "Qəbələ"də əvəzedici heyət - U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdir. Amma indiki vəziyyətdə məcburuq ki, 22 - 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdır. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdır. Amma Divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil".

 

AFFA və PFL-ə də bu barədə məlumat verdiklərini deyən klub rəsmisi bildirib ki, burada qeyri-adi bir şey yoxdur:

 

"Birinci Divizion ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdir və bunun üçün ayrı komanda lazımdır. Bu səbəbdən, 2018-2019 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik".

 

Qeyd edək ki, 2018-2019 mövsümündə Azərbaycan Birinci Divizionunda Premyer Liqa klubları da iştirak edəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin