BATE-nin müdafiəçisi: "Psixoloji problemə görə hesabı artıra bilmədik"

Sportarena.az      8 Avqust 2018, 11:18

"Çox çətin oyun oldu. İlk hissədə rəqibdən daha yaxşı oynadıq. Topa daha çox nəzarət etdik və "Qarabağ"ın oyunu alınmadı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Belarusun BATE klubunun futbolçusu Eqor Filipenko Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a minimal hesabla (0:1) qalib gəldikləri oyunu dəyərləndirərkən deyib. 30 yaşlı müdafiəçi hesabın daha böyük ola biləcəyini lakin epizodlardan yararlana bilmədiklərini sözlərinə əlavə edib:

 

"Əks-hücumlar əldə etsək də, hesabı artıra bilmədik. Bu, artıq bizim üçün problemimizdir. Bunun səbəblərini də gözəl anlayırıq. Fikrimcə, psixoloji problemə görə hesabı artıra bilmədik. Səfər amilini qeyd etmək lazımdır. İstəyimizə nail olduq".

 

Filipenko "Qarabağ"ın ilk hissəyə nisbətən, ikinci hissədə yaxşı oyun sərgilədiyini vurğulayıb:

 

"İkinci hissədə "Qarabağ" məcbur olub hücumlara atıldı. Xoşbəxtlikdən qapıçımız ideal oynadı. Denis Şerbitskini bu gedişlə "Milan" alacaq (gülür). Xarici skautlar futbolçularımıza nəzarət edir".

 

Belaruslu futbolçu cavab oyunu haqda danışıb, "Qarabağ"ın şanslarının olduğunu gizlətməyib:

 

"Əlbəttə, "Qarabağ"ın şansları davam edir. Hələ heç nə bəlli deyil və şanslar bərabərdir. Rəqib cavab matçına fərqli çıxacaq".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin