ÇL-in oyununda qəribə hadisə - FOTO

17:31 8 Avqust 2018

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən "Slaviya" (Praqa) - "Dinamo" (Kiyev) matçı zamanı maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Ukraynan klubunun qapıçısı Denis Boykonu oyun zamanı arı sancıb. Bu barədə kiyevlilərin baş məşqçisi Aleksandr Xatskeviç oyundan sonra keçirilən mətbuat konfransında bildirib. O, isti hava şəraitindən də şikayətlənib:

 

“Hətta oturmaq belə çətin idi. Hava şəraiti hər iki komanda üçün eynidir. Bizim oyunçular hərəkət baxımından dözdülər”.

 

Qeyd edək ki, Praqada baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti