Əliyar Ağayev ÇL-in oyununu idarə etdi - VİDEO

Sportarena.az      9 Avqust 2018, 10:15

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib.

 

Sportarena.az xəbər verir ki, o, ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya) oyununda iş başında olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Azərbaycanlı referi bu görüşdə 4 sarı (ikisi meydan sahiblərinə, ikisi qonaqlara), 1 qırmızı vərəqə göstərib. Meydan sahiblərinin heyətində hər iki sarı vərəqə Zlatko Yunuzoviçə göstərildiyindən, Əliyar bu oyunçunu 83-cü dəqiqədə meydandan qovub.

 

FİFA referimiz bu görüşdə həm də qonaq komandanın qapısına iki penalti təyin edib. Meydan sahibləri 16 və 81-ci dəqiqələrdə təyin olunan penaltilərin hər ikisindən maksimum yararlanıblar.

 

Qarşılaşmanın ikinci hissəsində güclü leysan səbəbindən Ağayev matçda fasilə vermək məcburiyyətində də qalıb. Matçın sonlarında isə arenanın işıqlandırma sistemində problem yaranıb.

 

Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin