Daha bir "Barselona"lı "Everton"da

16:46 9 Avqust 2018

Adı "Mançester Yunayted"lə hallanan "Barselona"nın müdafiəçisi Yerri Minanın yeni klubu bəlli olmaq üzrədir.

 

Sportarena.az xəbər verir ki, Kolumbiya millisinin üzvü "Everton"a transfer olacaq. 23 yaşlı müdafiəçi Liverpul təmsilçisi üçün tibbi müayinədən keçib. Gün ərzində onun transferi rəsmən açıqlanacaq. Bu transferinin 30 milyon avro qarşılığında reallaşacağı gözlənilir.

 

Qeyd edək ki, Mina ötən mövsüm qış fasiləsində "Barselona"ya keçmişdi və 5 oyunda şans qazanmışdı.

 

Əlavə edək ki, "Everton" kataloniya klubunda daha əvvəl Luka Dini heyətinə qatmışdı.


Digər xəbərlər

Xəbər xətti