Premyer Liqa klubundan bir gündə 5 transfer

15:52 10 Avqust 2018

İngiltərənin “Fulhem” klubu bu ölkədə transfer pəncərəsinin bağlanmasına saatlar qalmış etdiyi transferlərlə diqqətləri üzərinə çəkib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərədə transfer pəncərəsinin son saatlarında 5 futbolçunu transfer edib. London klubu “Sevilya”nın qapıçısı Serxio Riko, “Atletiko”nun argentinalı hücumçusu Lusiano Vietto, “Bristol Siti”nin sol cinah müdafiəçisi Co Brayan, Fransanın “Olimpik” (Marsel) klubundan müdafiəçi Andre Zambo-Anqissadı və “Mançester Yunayted”in yarımmüdafiəçisi Timoti Fosu-Mensadı heyətinə qatıb.

 

Sözügedən transferlər rəsmən açıqlanıb.


Digər xəbərlər

Xəbər xətti