ABŞ-da keçiriləcək ilk La Liqa oyunu bəlli oldu

12:34 26 Avqust 2018

İspaniya La Liqasının rəhbərliyinin çempionat oyunlarının Amerikada keçiriləcəyini açıqladıqları xəbərini vermişdik.

 

Sportarena.az xəbər verir ki, artıq ABŞ-da keçiriləcək ilk oyun bəlli olub. Bu barədə İspaniyanın “As” nəşri məlumat verib. Belə ki, İspaniyadan kənarda keçiriləcək ilk oyun “Jirona” - “Barselona” matçı olacaq. Qarşılaşma 2019-cu ilin yanvar ayında baş tutacaq.

 

La Liqa rəhbərliyi Amerikanın “Relevent Sports” şirkəti ilə 15 illik müqavilə imzalamışdı. Razılığa əsasən liqa oyunlarının bəzisi ABŞ və Kanadada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti