Ramos tarixə düşdü

23:55 27 Avqust 2018

“Real”ın müdafiəçisi Serxio Ramos sabiq futbolçu Fernando Yerronun rekordunu təkrarlayıb.

 

Sportarena.az xəbər verir ki, “kral klubu”nun kapitanı ardıcıl 15 mövsümdə qol vuraraq, adını La Liqanın tarixinə yazdırıb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat verib.

 

Ramos dünən keçirilən “Jirona” - “Real” qarşılaşmasında penaltidən fərqlənib (4:1). İspan müdafiəçi bu matçda qol vuraraq, "Real"ın sabiq futbolçusu Fernando Yerronun rekorduna ortaq olub. 


Digər xəbərlər

Xəbər xətti