"Valensiya" PSJ-nin gənc ulduzunu transfer etdi

15:48 28 Avqust 2018

“Valensiya” heyətini PSJ-nin futbolçusu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “yarasalar” Paris təmsilçisinin portuqaliyalı futbolçusu Qonsalo Quedesi transfer edib. Ötən mövsümdən İspaniya klubunun heyətində icarə əsasında çıxış edən 21 yaşlı cinah futbolçusu üçün “Valensiya” 50 milyon avro ödəyəcək.

 

Peşəkar karyerasına “Benfika”da başlayan Quedes, 2017-ci ildə PSJ-yə transfer olunsa da, paytaxt təmsilçisinin heyətində forma geyinmək şansı tapmamış, “Valensiya”ya icarəyə verilmişdi. Ötən mövsüm “yarasalar”ın heyətində 38 oyuna çıxan portuqaliyalı futbolçu 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.


Xəbər xətti