Birinci Divizionda 2-ci tur başa çatdı

23:40 28 Avqust 2018

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə daha 4 görüş baş tutub. “Zaqatala” doğma meydanda “Qaradağ Lökbatan” üzərində inamlı qələbəyə sevinib. MOİK “Kəpəz”i, “Ağsu” “Zirə”nin əvəzedicilərini məğlub yola salıb. “Sumqayıt”ın əvəzediciləri isə səfərdə “Keşlə”nin ikinci komandasına qalib gəlib.

 

Birinci Divizion, 2-ci tur

28 avqust

Keşlə-2 - Sumqayıt-2 1:2
Qol: Murad Qayalı, 87 – Fərid Kərimzadə, 43. Elvin Nəsibov, 64.
Hakimlər: Namiq Bəkirov, Ruslan nəsibov, Ruslan Quliyev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Eldar Əlixanov.
Hakim-inspektor: İrina İsgəndərova.
Bakı. “ASK Arena”.

 

MOİK - Kəpəz 1:0
Qol: Mübarək Şaquliyev, 80.
Hakimlər: Qorxmaz Eldarov, Rəşadət Cəfərov, Əli Cəbrayılov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Yusifov.
Hakim-inspektor: Akif Məmmədov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

 

Ağsu - Zirə-2 1:0
Qol: Ruslan Voronsov, 87.
Hakimlər: Mahir Məmmədov, Rahin Heybətov, Mehman Mahmudov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Rəhman Tağıyev.
Hakim-inspektor: Nemət Mahmudov.
Ağsu. Şəhər stadionu.

 

Zaqatala - Qaradağ Lökbatan 3:0
Qol: Cavad Kazımov, 34-pen. Rəhman Şabanov, 46. Ravil Yusifli, 88.
Hakimlər: Nahid Xasıyev, Elman Kərimov, Ruslan Babayev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
Hakim-inspektor: Rasim Əhmədov.
Zaqatala. Şəhər stadionu.


Xəbər xətti