"Real" futbolçusunu geri qaytardı

12:11 30 Avqust 2018

“Real” sabiq futbolçusunu yenidən heyətinə qatıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi “Lion”dan keçmiş futbolçusu Mariano Diası transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Xəbərdə “Real”ın Diası bonuslarla birlikdə 23 milyon avroya transfer etdiyi qeyd edilib. “Lion” Diasın növbəti satışından 15 faiz pay alacaq.

 

Ötən mövsümün əvvəlində 7 milyon avroya “Lion”a transfer olunan 25 yaşlı futbolçu, Liqa 1 təmsilçisi ilə çıxdığı 45 oyunda 21 qola imza atıb.

 

2011-ci ildə “Real”ın akademiyasına qəbul olan Dias, 2016/2017 mövsümündə əsas komandaya cəlb edilmişdi. O, “kral klubu” ilə çıxdığı 8 qarşılaşmada 1 qola yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti