"Atletiko"nun prezidenti "Qarabağ"ın adını nə tez unudub?

Sportarena.az      30 Avqust 2018, 12:57

Madrid "Atletiko"sunun prezidenti Enrike Serezo Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından öncə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub başqanı ötən mövsüm ÇL-dəki uğursuz çıxışlarını xatırladıb. O, "Qarabağ"la matçlardakı xal itkisini yada salıb, lakin Ağdam təmsilçisinin adını unudub:

 

"Bütün komandalara qarşı diqqətli olmalıyıq. Bizim ötən il təcrübəmiz var. Adını xatırlamadığm bir klub qrup mərhələsində hər iki oyunda bizi büdrətdi. Bu il isə daha məşhur komandaları gözləyirik ki, qalib gələk".

 

Qeyd edək ki, ötən mövsüm "Qarabağ", "Atletiko", "Roma" və "Çelsi" klubları Çempionlar Liqasının C qrupunda mübarizə aparıblar. "Atletiko" "Qarabağ"la oyunlarda heç-heçə etmişdi (0:0, 1:1). Madrid klubu Avropa Liqası turnirində mübarizə apararaq, qalib olmuşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin