Benzema "Real"da qalır?

12:49 31 Avqust 2018

Kərim Benzema “Real”da qalacaq.

 

Sportarena.az xəbər verir ki, “Real” rəhbərliyi ən azı bu mövsümün sonuna qədər Benzemanı satmamağı planlaşdırır. “Real”ın baş məşqçisi Xulen Lopeteqi çempionatın startında Benzemanın oyunundan razı qalıb. Mütəxəssis fransalı forvarda güvənmək niyyətindədir.

 

Ancaq o da istisna olunmur ki, transfer pəncərəsi bağlanana qədər “Real” Benzemanın mövqeyinə daha bir futbolçu ala bilər.

 

Mövsümün startı ərəfəsində Kərimin “kral klubu”nu tərk edəcəyi bildirilirdi.


Digər xəbərlər

Xəbər xətti