XİN-dən Henrik Mxitaryan açıqlaması

12:58 1 Sentyabr 2018

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Arsenal”ın heyətində erməni futbolçu - Henrix Mxitaryan da forma geyinir. Erməni futbolçunun Bakıdakı oyunda iştirak edib-etməyəcəyi dünəndən müzakirə mövzusu olub.

 

Sportarena.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib. Nazirlik rəsmisi açıqlamasında belə deyib:

 

“Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər”. 

 

XİN sözçüsü deyib ki, Azərbaycan idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub:

 

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”. (oxu.az)

 

“Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti