Eddi Israfilov heç kimə lazım deyil?

15:50 1 Sentyabr 2018

Futbol üzrə İspaniya Sequndasında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Malyorka” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 1:0.

 

İsrafilov bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.

 

Hazırda 4 xala malik “Alkorkon” 22 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti