Birinci və İkinci Liqaların iştirakçıları məlum oldu

17:51 2 Sentyabr 2018

Azərbaycanda futzal üzrə 2018/2019 mövsümündə 1 və 2-ci liqalarda iştirak edəcək komandaların adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, ötən ildən fərqli olaraq yeni çempionatda Birinci Liqada 16 komanda mübarizə aparacaq. İştirakçılardan 11-i bu liqada debüt edəcək. Qalan 5 komanda – "Baku Fire", "Standard", "Green Log", "Yasamal-2" və ADBTİA ötən çempionatı da Birinci Liqada keçirib.

 

İkinci Liqada isə 20 komanda qalib olmaq üçün yarışacaq. Onlardan 7-si debüt edəcək. İştirakçı komandaların adlarını diqqətinizə çatdırırıq:
 

 

Birinci Liqa: "Sovetski" FK, "Green Log", "Zəngilan" FK, "Standard", "Metropoliten", "Baku Fire", "Yasamal-2", "Şərq", "Çinar Cəbrayıl", ADBTİA, "Raiq", "Baku Fans", "Ulduz", "U-19", AZMİU, "Fizuli" FK.


İkinci Liqa: SAB, "Star klub", "Rəvan" FK, "Hövsan", "Advokat", "Gənclik" İK, "Borçalı" FK, "Dalğa", "Baku Fire-2", "Bibi - Heybət", "Obolon", "Bədr FK Xocalı", "Avanqard" FK, "Təbriz", "Atletiko Baku", "Baker Hughes", "Gilan Construction", "Baker Tilly", "Hicran", "Xəzər".
 


Digər xəbərlər

Xəbər xətti