Messidən daha bir ilk

12:23 3 Sentyabr 2018

“Barselona” İspaniya La Liqasının 3-cü turunda “Hueska”nı darmadağın edib - 8:2.

 

Sportarena.az xəbər verir ki, Lionel Messi bu qarşılaşmada dubl edib. “Hueska” argentinalı futbolçunun İspaniya La Liqasında qol vurduğu 37-ci komanda olub. O, bu göstəricidə liderdir. İkinci pillədə “Real”ın sabiq hücumçusu Raul qərarlaşıb - 35 komanda.

 

Leo “Hueska” ilə oyunda həm də 2 qol ötürməsi edib. O, 21-ci əsrdə La Liqada 150 qol ötürməsi edən ilk futbolçu olub. Hazırda onun hesabında 151 məhsuldar ötürmə var. Messi bu göstəricidə "böyük beşlik" ölkələrdində liderdir. Onun ən yaxın izləyicisi “Çelsi”nin futbolçusu Sesk Fabreqasdır - 143 ötürmə.


Digər xəbərlər

Xəbər xətti