FİFA "Real"ın şikayətini rədd etdi

15:31 4 Sentyabr 2018

FİFA “İnter”i Luka Modriç qalmaqalına görə cəzalandırmayacaq.

 

Sportarena.az xəbər verir ki, “İnter”dən Madrid “Real”ı şikayətçi idi. “Real” rəhbərliyi hesab edirdi ki, İtaliya nəhəngi Luka Modriçi transfer etmək üçün onunla qanunsuz danışıqlar aparıb. “Kral klubu” iddia edir ki, danışıqlar aparmaq üçün onlardan icazə alınmayıb.

 

FİFA məsələni araşdırıb və “İnter”in hansısa qayda pozuntusuna yol verdiyini müəyyənləşdirməyib. Buna görə də, ali futbol qurumu “İnter”ə hansısa bir sanksiya tətbiq etməyəcək.


Digər xəbərlər

Xəbər xətti