Əliyar Ağayev "Latsio"nun oyununu idarə edəcək

12:39 17 Sentyabr 2018

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Sportarena.az xəbər verir ki, o, sentyabrın 20-də Romadakı Olimpiya Stadionunda keçiriləcək “Latsio” – “Apollon” oyununu idarə edəcək.

“Latsio” (Roma, İtaliya) – “Apollon” (Limassol, Kipr)
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
Dördüncü hakim: Mübariz Haşımov
20 sentyabr. Roma Olimpiya Stadionu.


Xəbər xətti