"Sportinq" - "Qarabağ": hakimlər açıqlandı

Sportarena.az      17 Sentyabr 2018 , 14:23

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq"lə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

Sportarena.az xəbər verir ki, görüşü fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Fransua Lötexsye, yan xətt hakimləri isə Kirill Mönye və Mehdi Rohmani olacaq.

Əlavə köməkçi hakimlər funksiyasını Frank Şneyder və Kərim Abed yerinə yetirəcək. Matçın 4-cü hakimi isə Conau Bertrandır.

 


Qeyd edək ki, sentyabrın 20-də Lissabonda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin