Bruno Fernandes: "Qarabağ"dan yaxşı oyun gözləyirik"

14:43 19 Sentyabr 2018

"Qarabağ"dan yaxşı oyun gözləyirik. Baxmayaraq ki, rəqibimizin adı böyük deyil, amma problem yaşada bilən komandadır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sportinq"in ulduzu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə deyib. "Record"a danışan 24 yaşlı yarımmüdafiəçi  qarşılaşmanın çətin keçəcəyini deyib: "Əlbəttə, bizdən gözləntilər böyükdür. Lakin "Qarabağ"ın "Atletiko"ya nələr yaşatdığını bilirik. Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm, amma fikrimcə, zəfər bizim olacaq və Avropa Liqasına 3 xalla başlayacağıq".

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti