Filip Ozobiç: "Güclü komandaya qarşı oynayacağımızı bilirik"

22:04 19 Sentyabr 2018

“Qarabağ”ın futbolçusu Filip Ozobiç mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:

 

“Sportinq” yaxşı komandadır. Düşünürəm ki, məşqçi bizə rəqibin yaxşı və pis tərəflərini göstərib. Düşünürəm ki, onun dediyinə əməl etsək, yaxşı nəticə əldə edə bilərik”

 

– Bakıya xalla qayıtmaq üçün “Qarabağ” nəyə ümid edə bilər?
– Güclü komandaya qarşı oynayacağımızı bilirik. Sona qədər vuruşacağıq. Yaxşı oyun oynamaq istəyirik. Bakıya da yaxşı nəticə ilə qayıtmaq istəyirik

 

– Sizin Almeydanı əvəz etdiyinizi düşünürlər. Bu cür müqayisələr sizi sıxmırmı?
– Almeyda yaxşı oyunçudur, onun çıxışı xoşuma gəlir. Ancaq onun tərzi mənim tərzimlə eyni deyil. Məşqlərdə daha çox çalışıram. Ümid edirəm ki, komandaya əlimdən gələnin ən yaxşısını edim


Xəbər xətti