“Uğur” Ukrayna klubuna böyük hesabla uduzdu

10:34 3 Oktyabr 2018

Region Liqasının 2017/2018-ci il mövsümünün qalibi “Uğur” (Sumqayıt) komandası UEFA Region kubokunda ötən gün ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Ukraynada keçirilən seçmə mərhələ oyunlarında Azərbaycanı təmsil edən “Uğur” 6-cı qrupda İspaniyanın “Kastilya”, Finlandiyanın “Vest Distrikt Team” və Ukraynanın “Lvov Region” komandaları ilə mübarizə aparıb.

 

“Uğur” ilk oyunda yerli “Lvov Region” komandası ilə qarşılaşıb. Azərbaycan təmsilçisi bu görüşdə 4 cavabsız qolla məğlub olub. Qrupun digər oyununda “Kastilya” “Vest Distrikt Team” üzərində 2:1 hesablı qələbəyə sevinib.


Digər xəbərlər

Xəbər xətti