Avroliqanın Bakı finalına görə çempionatın vaxtı dəyişdirildi

Sportarena.az      9 Oktyabr 2018, 20:30

Bakıda 2019-cu ildə keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirilir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsidir. Bədii gimnastika üzrə Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi mayın 31-dən iyunun 2-dək deyil, mayın 16-19-da təşkil olunacaq. Aerobika üzrə yarışlar isə mayın 24-26-da keçiriləcək. Daha əvvəl yarış mayın 23-25-nə təyin olunmuşdu.

 

Qeyd edək ki, 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin avqustunda (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin