“Keşlə”nin əvəzediciləri də yoxlama matçı keçirəcək

18:18 11 Oktyabr 2018

Birinci Divizionda mübarizə aparan “Keşlə”nin əvəzedici komandası oktyabrın 12-də yoldaşlıq matçı keçiriəcək.

 

Sportarena.az xəbər verir ki, sözügedən kollektiv Birinci Divizionda mübarizə aparan “Qaradağ Lökbatan”la qarşılaşacaq. “ASK Arena”da baş tutacaq oyuna saat 14:30-da start veriləcək.

 

Qeyd edək ki, “Keşlə”nin əsas komandası da Birinci Divizionun digər təmsilçisi MOİK-lə yoxlama oyunu keçirəcək.


Digər xəbərlər

Xəbər xətti