3 boksçumuz mübarizəni dayandırdı

14:41 12 Oktyabr 2018

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. 

 

Sportarena.az xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın üçüncü günü Azərbaycan millisi üçün uğurlu alınmayıb. Rinqə çıxan hər 3 boksçumuz məğlubiyyətə üzülüb.Belə ki, 57 kq çəki dərəcəsində qüvvəsini sınayan Turğay Mirzəyev belaruslu Vladislav Stselmaxovla üz-üzə gəlib. Boksçumuz 1/8 final çərçivəsində baş tutan qarşılaşmada 1:4 (28:29, 29:28, 27:30, 27:30, 27:30) hesabı ilə uduzub.Bu mərhələ Eldar Babayev (60 kq) üçün də çətin keçib. Gürcüstanlı Giorgi Qeqetçxori ilə gücünü yoxlayan təmsilçimiz 2:3 (27:30, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub olub.Mirzəyev və Babayev kimi, Elmir Novruzov (63 kq) da Avropa birinciliyi ilə vidalaşıb. Yığma üzvü George Banse (İngiltərə) ilə dueldən 0:5 (28:29, 28:29, 27:30, 27:30, 27:30) hesablı məğlubiyyətlə ayrılıb.

 

Bu gün daha 4 boksçumuz qüvvəsini sınayacaq. Onlardan 3-ü ilk döyüşünə çıxacaq. Türkeş Mustafayev (66 kq) 1/8 final çərçivəsində litvalı Edvinas Qriquolanı, Murad Allahverdiyev (80 kq) türkiyəli Əmir Böyükdağı və Əhməd Əhmədov (+80 kq) serbiyalı Mixail Miliçi sınağa çəkəcək.

 

70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Quliyev isə ikinci görüşündə Nikolay Zafirovla (Bolqarıstan) üz-üzə gələcək. O, qalib gələcəyi halda, 1/4 finala yüksələcək.

 

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti