Tokioda Karate 1 Premyer Liqa seriyasına start verilib

Sportarena.az      12 Oktyabr 2018, 21:26

Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa seriyasından turniri başlayıb.

 

Sportrena.az xəbər verir ki, mövsümün sonuncu yarışında Azərbaycan milli komandasının heyətində 12 karateçimiz iştirak edir. Heyətdə Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar.

 

Karateçilərimiz oktyabrın 12-də tatami üzərinə çıxacaqlar.

 

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və səfirliyin əməkdaşları da yarış zalında milli komandamızı dəstəkləyirlər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin