"Mahir Mədətovun "Kopenhagen"ə vurduğu qolu nə tez unutdunuz?"

Sportarena.az      15 Oktyabr 2018, 14:21

UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda milli komandamız evdə Malta ilə 1-1 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra millimizin üzvü Ruslan Qurbanov matç zamanı əvəzlənərkən azarkeşlər tərəfdən fitə basılan Mahir Mədətova dəstək olub. Qurbanov azarkeşlərə səslənib:

 

"Əziz azarkeşlər! Bizi canlı dəstəkləmək üçün stadiona gəldiyiniz üçün təşəkkür edirik. Çoxlu təhlükəli vəziyyətlər yaratmağımıza baxmayaraq, top rəqibin qapısından keçmək istəmirdi. Bu, futboldur və hərdən belə də olur. Yaratdığımız qol vəziyyətlərinin sayını da özünüz gördünüz.

 

Mən sizə Mahir Mədətovla bağlı müraciət etmək istərdim. O, çox gözəl oyun keçirdi və qol ötürməsi də verməyi bacardı. Buna baxmayaraq, siz onu əvəz olunduğu zaman fitə basdınız. Unutmayın ki, onun 22 yaşı var və bundan sonra da inkişaf etməyə davam edəcək. Mən əminəm ki, gələcəkdə o, möhtəşəm bir futbolçu olacaq. Nəyə görə onun "Kopenhagen"ə qarşı oyunda vurduğu qolu unutdunuz? O qoldan sonra bütün ölkə "Qarabağ"ın futbol tariximizdə yeni səhifə yazdığına sevinirdi. Nə üçün bunu yaddan çıxarmısız? Mənə o yaşda Mahirdən güclü bir azərbaycanlı futbolçu adı çəkin! Məncə, beləsi yoxdur! Gəlin bir birimizə qarşı daha həssas olaq, çünki biz sizin üçün meydana çıxıb sonadək mübarizə aparırıq və sizi həmişə qələbələrimizlə sevindirmək istəyirik. Unutmayın ki, bizim üçün bu yolda ən vacibi sizin dəstəyinizdir. Gəlin hamımız bir anlıq özümüzü Mahirin yerində təsəvvür edək. Mən əminəm ki, çoxları onun yerində olsaydı, çoxdan təslim olardı, amma o, güclü insandır və sizin dəstəyinizlə daha da güclü olacaq. Bir daha hər kəsə göstərdiyi dəstək üçün təşəkkür edirəm! Biz sizi sevindirmək üçün həmişə bacardığımızı etməyə çalışacağıq, bizim sevimli azarkeşlərimiz!"

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin