Rüfət Dadaşov: "Azarkeşləri heç cür başa düşmürəm"

Sportarena.az      15 Oktyabr 2018, 16:01

"Məncə, bu gün yaxşı oynadıq. Çoxlu qol epizodları da yaratdıq. Sadəcə, şanssızlıq oldu. Maltaya elə də şans vermədik. 1-2 hücuma qol vurdular. Bir sözlə, top qapıdan keçmək istəmirdi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Rüfət Dadaşov Millətlər Liqasının qrup mərhələsinin IV turunda Malta ilə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı futbolçu yığmamızın qrup lideri olmaq üçün şanslarının olduğunu deyib: "Şanslarımız qalır. Son iki oyunda maksimum üçün çalışacağıq. Heç nə bitməyib. Yaxşı oynadığımızı sübut etdik".

 

Uzun müddət sonra milliyə dəvət alan Dadaşov 4 il öncə Malta ilə dubl etdiyi oyun barədə danışıb: "Uzun müddətdən sonra milliyə dəvət aldım və iki oyuna çıxdım. Öz oyunumu normal qiymətləndirirəm. Məncə, 4 il əvvəllə müqayisədə bu gün Maltaya qarşı daha yaxşı oynadıq. Ancaq futbolda belə hallar olur. Yaxşı oynasan da, qalib gələ bilmirsən".

 

Rüfət Berti Foqtsun dönəmi ilə indiki vaxtı müqayis etməyib və Qurban Qurbanovun uğur qazanmaq üçün əlindən gələni etdiyini bildrib: "Baş məşqçimiz çalışır. Biz də oyunlara yaxşı hazırlaşırıq". 

 

Dadaşov oyunda yeganə qolun ötürməsini verən Mahir Mədətovun azarkeşlər tərəfdən fitə basılmasına mübasibət bildirib: "Azarkeşləri heç cür başa düşmürəm. Onlar niyə Mədətovu fitə basırlar? Yaxşı oyun keçirdi. Mahir yaxşı futbolçudur".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin